Haqqımızda

GEFELL MMC

GEFELL MMC pəncərə və qapı sistemləri üçün premium aksesuar və profil həllərinin təchizatı üzrə ixtisaslaşmış şirkətdir. Məhsul deyil, tam texniki həll təklif edirik.

GEFELL MMC komandası — pəncərə və qapı sistemləri üzrə peşəkarlar

Məqsədimiz və Dəyərlərimiz

01
Məqsədimiz
Layihələr üçün düzgün sistem həllini təqdim etmək, keyfiyyət, təhlükəsizlik və uzunömürlülük arasında optimal balans yaratmaqdır. Biz məhsul deyil, tam texniki həll təklif edirik.
02
Niyə GEFELL?
Komandamız pəncərə və qapı sənayesində 30 ildən artıq real bazar təcrübəsinə malik mütəxəssislərdən formalaşmışdır. Bu təcrübə layihələri yalnız satış deyil, texniki və mühəndislik əsaslı yanaşma ilə qiymətləndirməyə imkan verir.
03
Üstünlüklərimiz
Yalnız etibarlı və beynəlxalq səviyyədə tanınmış brendlərlə əməkdaşlıq; layihəyə uyğun sistem seçimi və texniki dəstək; uzunmüddətli əməkdaşlığa fokuslanan yanaşma; yerli bazarın tələblərini dərindən anlayan komanda.
04
Kimlərlə işləyirik
İstehsalçılar, montaj şirkətləri, tikinti və layihə təşkilatları, eləcə də fərdi peşəkarlarla əməkdaşlıq edirik. Məqsədimiz qısamüddətli satış deyil, uzunmüddətli və etibarlı iş münasibətləri qurmaqdır.
Tarixçə

Tərəfdaşlıq və İnkişaf Yolumuz

Fəaliyyətimizi mərhələli şəkildə genişləndirərək müxtəlif sistem kateqoriyaları üzrə premium brendlərlə strateji tərəfdaşlıqlar qurmuşuq.

GEALAN

PVC ProfilMənşə: Almaniya 🇩🇪

GEALAN ilə əməkdaşlıq portfelimizin əsas profil platformasını formalaşdırdı. Alman mühəndisliyinə əsaslanan S8000, S9000 və LINEAR sistemləri vasitəsilə etibarlı, enerji-səmərəli PVC profil həlləri təqdim edirik.

Daha ətraflı

GEALAN PVC profil sistemləri sahəsində Avropanın aparıcı istehsalçılarından biridir və müxtəlif layihə miqyasları üçün nəzərdə tutulmuş geniş məhsul portfeli ilə tanınır.

  • S8000 — balanslaşdırılmış istilik izolyasiyası və geniş tətbiq sahəsi
  • S9000 — yüksək enerji səmərəliliyi və iri ölçülü konstruksiyalar üçün uyğunluq
  • LINEAR — müasir dizayn, incə xətlər və premium görünüş

Rəsmi veb sayt: www.gealan.de/az

SIEGENIA

AksesuarMənşə: Almaniya 🇩🇪

SIEGENIA ilə tərəfdaşlıq edərək PVC və PVC-kanallı alüminium profillər üçün aksesuar portfelimizi gücləndirdik. TITAN seriyası ilə etibarlı, təhlükəsiz və uzunömürlü həllər təqdim edirik.

Daha ətraflı

SIEGENIA pəncərə və qapı sistemləri üçün aksesuar sahəsində Almaniya mənşəli aparıcı istehsalçılardan biridir — mexaniki dəqiqlik, təhlükəsizlik və istifadə rahatlığı ilə tanınır.

  • TITAN sistemi — modul quruluş, stabil mexanika və yüksək sıxılma xətti
  • Uyğunluq — PVC profillər və PVC-kanallı alüminium profil variantları
  • Fokus — təhlükəsizlik, rahat açılma və uzunömürlü istismar

Rəsmi veb sayt: www.siegenia.com

AXOR

PVC ProfilAksesuarMənşə: Ukrayna 🇺🇦

AXOR ilə tərəfdaşlıq edərək furnitura portfelimizi genişləndirdik — layihələr üçün daha çevik komplektasiya və alternativ sistem seçimi imkanları yaratdıq.

Daha ətraflı

AXOR pəncərə sistemləri üçün aksesuar sahəsində beynəlxalq bazarda tanınan istehsalçılardan biridir; etibarlı mexanika, sabit işləmə və layihəyə uyğun komplektasiya yanaşması ilə seçilir.

  • Üstünlük — etibarlı mexanizm və stabil işləmə
  • Uyğunluq — müxtəlif PVC və PVC-kanallı alüminium profil sistemləri
  • Fokus — çevik komplektasiya və layihəyə uyğun seçim

Rəsmi veb sayt: www.axorindustry.com

KNG

AksesuarMənşə: Çin 🇨🇳

KNG ilə tərəfdaşlıq edərək alüminium pəncərə və qapı sistemləri üzrə portfelimizi gücləndirdik. Qlobal bazarda 70-dən çox ölkədə tətbiq olunan KNG həlləri yüksək daşıma qabiliyyəti ilə seçilir.

Daha ətraflı

KNG alüminium pəncərə və qapı sistemləri üçün yüksək keyfiyyətli aksesuarların istehsalı sahəsində qlobal səviyyədə fəaliyyət göstərən brendlərdən biridir. Portfelimizdə əsasən alüminium profillər üçün nəzərdə tutulmuş sistemləri yer alır və Qaldır-Sür (HBSB) daxil olmaqla ağır yüklü mexanizmlər üzrə geniş tətbiq imkanları yaradır.

  • Üstünlük — yüksək daşıma qabiliyyəti və stabil mexanika
  • Tətbiq — panoramik, geniş açılışlı və iri ölçülü alüminium sistemlər
  • Fokus — ağır yüklər üçün təhlükəsiz və rahat istifadə

Rəsmi veb sayt: www.kng.cn

Rusiya üzrə rəsmi sayt: www.kng-russia.ru

Referanslar

Layihələr

GEFELL MMC məhsullarının tətbiq olunduğu seçilmiş yaşayış layihə nümunələri.

01Seabreeze — Nardaran

Seabreeze

Nardaran
GEALAN · SIEGENIA
02Gold Star Residence — Bakı

Gold Star Residence

Bakı
GEALAN · SIEGENIA
03Luxe Home — Bakı

Luxe Home

Bakı
GEALAN · AXOR
04Şirvanşahlar Residence — Bakı

Şirvanşahlar Residence

Bakı
GEALAN · SIEGENIA
05Novxanı — 37 Villa

37 Şəxsi Villa

Novxanı
GEALAN · SIEGENIA
0628 May Residence — Bakı

28 May Residence

Bakı
GEALAN · SIEGENIA
Sual–Cavab

Tez-tez verilən suallar

Müştərilərimizi ən çox maraqlandıran suallar və qısa cavablar.

Topdan satış edirsiniz? +

Bəli. Topdan satış şərtləri sifariş həcmi və məhsul qrupuna görə formalaşır. Ətraflı məlumat üçün bizimlə əlaqə saxlayın.

Yerli stok mövcuddur? +

Bəli. Ən çox tələb olunan məhsullar üzrə yerli stok saxlayırıq. Stok vəziyyətini dəqiqləşdirmək üçün bizimlə əlaqə saxlayın.

Hansı məhsul çeşidləri mövcuddur? +

Pəncərə və qapı sistemləri üçün geniş çeşiddə məhsullar mövcuddur: profil sistemləri, qapı/pəncərə aksesuarları, sürüşmə (HBSB) həlləri və uyğun komponentlər. Hansı sistem üçün axtardığınızı yazın — sizə uyğun variantları təqdim edək.

Texniki məsləhət verirsiniz? +

Bəli. Layihəyə uyğun sistem seçimi, komplektasiya və tətbiq üzrə texniki dəstək göstəririk. Ətraflı məlumat üçün bizimlə əlaqə saxlayın.

Sifariş və çatdırılma necə həyata keçirilir? +

Sifariş təsdiqləndikdən sonra stok mövcudluğuna uyğun çatdırılma planlanır və koordinasiya edilir. Çatdırılma müddəti məhsul və həcmlə bağlı dəyişə bilər — dəqiqləşdirmək üçün əlaqə saxlayın.

Məhsullar zəmanətlidirmi? +

Bəli. Portfelimizdə yer alan əsas brendlərin məhsulları istehsalçı tərəfindən 10 il rəsmi zəmanət ilə təqdim olunur. Zəmanət detalları məhsul qrupuna görə dəqiqləşdirilə bilər.

Layihə üçün komplekt həll təqdim edirsiniz? +

Bəli. Layihə üçün profil və aksesuarları uyğun şəkildə komplektləşdirib təqdim edirik. Montaj/işçilik xidmətini isə istəyə uyğun olaraq tərəfdaş montaj komandalarımız həyata keçirə bilər.

Qiymət təklifi almaq üçün nə lazımdır? +

Hansı sistemi istədiyinizi və təxmini ədəd sayını bildirməyiniz kifayətdir. Ölçülər və texniki detallar əlaqə zamanı dəqiqləşdirilə bilər.

Montaj xidməti göstərirsiniz? +

Biz təchizatçıyıq. Montaj işləri istəyə uyğun olaraq tərəfdaş montaj komandaları ilə koordinasiya oluna bilər. Ətraflı məlumat üçün bizimlə əlaqə saxlayın.

Yeni brendlər və məhsullar nə vaxt əlavə olunur? +

Portfelimiz bazar tələbi və layihə ehtiyaclarına əsasən mərhələli şəkildə genişləndirilir. Yeniliklər üçün bizimlə əlaqə saxlaya bilərsiniz.

Şou-rum və ya anbara baxmaq mümkündür? +

Bəli. Görüş təyin etməklə məhsullar üzrə təqdimat və nümunələr göstərilə bilər. Vaxt təyin etmək üçün bizimlə əlaqə saxlayın.

Texniki kataloq və ya sertifikatları paylaşa bilərsiniz? +

Texniki kataloqlar və mövcud sertifikatlar saytımızda açıq şəkildə paylaşılmışdır. Yükləmələr səhifəsindən baxa və yükləyə bilərsiniz.

Layihəyə uyğun məhsul seçimini necə edirsiniz? +

Layihənin sistemi, istifadə məqsədi, ölçü və tələb olunan funksiyalara əsasən uyğun komplektasiya seçirik. Qısa məlumat göndərin — sizə ən uyğun variantı təqdim edək.

Əlaqə

Layihənizə başlayaq