GEFELL MMC — GEALAN, KNG, SIEGENIA və AXOR brendlərinin rəsmi təchizatçısıdır. Avropa standartlarına uyğun, sertifikatlı profil və aksesuar sistemlərini layihənizin tələblərinə uyğun seçib, tam komplektasiya ilə yerli stokdan çatdırırıq.
GEFELL MMC olaraq pəncərə və qapı sistemləri sahəsində keyfiyyəti, texniki uyğunluğu və uzunömürlü istifadəni əsas götürərək seçilmiş beynəlxalq brendlərlə işləyirik.
GEALAN — pəncərə və qapı sistemləri üçün PVC profil istehsal edən Almaniya mənşəli brenddir. Yaşayış və kommersiya layihələrində yüksək izolyasiya, stabil konstruksiya və müasir dizayn təqdim edir. GEFELL MMC — GEALAN-ın Azərbaycandakı yeganə rəsmi satış tərəfdaşıdır.
KNG — alüminium pəncərə və qapı sistemləri üçün aksesuar həlləri hazırlayan brenddir. Standart açılım mexanizmlərindən qaldır-sür (HBSB) həllərinə qədər geniş məhsul qrupu təqdim edir. GEFELL MMC — KNG-nin Azərbaycandakı yeganə rəsmi satış tərəfdaşıdır.
SIEGENIA — pəncərə və qapı sistemləri üçün aksesuar həlləri hazırlayan Almaniya mənşəli brenddir. Beynəlxalq mühəndislik təcrübəsi ilə etibarlılığı, təhlükəsizliyi və rahat istifadəni əsas götürür. Sistemləri PVC profillər, həmçinin PVC-kanallı alüminium profillər üçün nəzərdə tutulub. GEFELL MMC — SIEGENIA-nın Azərbaycandakı yeganə rəsmi satış tərəfdaşıdır.
AXOR — pəncərə və qapı sistemləri üçün həm PVC profil, həm də çoxnöqtəli kilidləmə və stabil sıxılma təmin edən aksesuar sistemləri təqdim edən brenddir. Sistemləri PVC və PVC-kanallı alüminium profillər üçün uyğundur. GEFELL MMC — AXOR-un Azərbaycandakı yeganə rəsmi satış tərəfdaşıdır.
Villalardan panoramik rezidensiyalara qədər — hər layihə üçün fərqli texniki tələblərə uyğun sistem seçimi həyata keçirilib.
Təmsil etdiyimiz brendlərin beynəlxalq keyfiyyət standartlarına uyğunluğunu təsdiqləyən rəsmi sertifikatlar.